"Bavariya" "Barselona"nın futbolçusunu istəyir

"Bavariya" "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu haqda "Relovo" məlumat yayıb.

Münhenlilərin 26 yaşlı futbolçunun çıxışını yaxından izlədikləri bildirilir.

Niderlanlı hücumameylli yarımmüdafiəçi gələn mövsüm heyəti gücləndirməyi planlaşdıran "Bavariya"nın siyahısında ilk pillələrdədir.

De Yonq bu mövsüm meydana çıxdığı 29 oyunda rəqib qapılarından iki top keçirib.

Transfermarkt portalında onun transfer dəyəri 70 milyon avrodur.