"Bayer" azarkeşlərinə jest edəcək

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın qonağı olacaq “Bayer” azarkeşlərini sevindirib.

Sportline.az xəbər verir ki, Leverkuzen təmsilçisi sadiq fanatlarına jest edib.

Belə ki, klub onları mükafatlandırmaq üçün çarter reysi ilə Bakı səfərlərini təşkil edəcək.

Qonaq komandanın fanatları üçün ayrılan hər biri 16 avroluq matç bileti də rəhbərlik tərəfindən hədiyyə ediləcək.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlanacaq.