Derbinin hakimi müəyyənləşdi

Həftəsonu keçiriləcək “Beşiktaş”-“Qalatasaray” matçının baş hakimi müəyyənləşib.

Sporline.az "TRT Spor.com"a istinadla xəbər verir ki, martın 3-də keçiriləcək “Beşiktaş”-“Qalatasaray” oyununda ədalət təmsilçisi Halil Umut Meler olacaq.

Tərəflər arasında ilk dövrədə keçirilən oyun 2-1 hesabı ilə “Qalatasaray”ın xeyrinə yekunlaşmışdı.

Qeyd edək ki, Halil Umut Meler məlum “Ankaragücü” - “Rizespor” oyununun ardından paytaxt təmsilçisinin prezidentinin hücumuna məruz qalaraq xəstəxanaya yerləşdirilmişdi.