Həndbol millimiz Avropa çempionatına hazırlaşır

18 yaşadək kişi həndbolçulardan ibarət milli komandamız növbəti Avropa çempionatında mübarizə aparacaq.

Sportline.az-a AHF-dən verilən məlumata görə, həndbolçularımız artıq məsul yarışın hazırlığına start veriblər.

Bakıda bir araya gələn gənclərdən ibarət seçmənin üzvləri həm fiziki, həm də texniki-taktiki plan üzrə məşqlərdə iştirak ediblər.

Komandamız hazırlıq prosesinin ikinci mərhələsini Gürcüstanda keçəcək. 5-12 dekabr tarixlərini əhatə edəcək səfər proqramına əsasən qonşu ölkədə yoxlama oyunları da təşkil olunacaq.

Millimiz Gürcüstanın U-18 və U-16 komandaları ilə 4 görüşdə üz-üzə gələcək.

Qeyd edək ki, 18 yaşadək həndbolçuların Avropa çempionatı gələn ilin avqust ayında keçiriləcək.