İslamiada: Günün ilk medalları

İdmançılarımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 9-cu gününə iki medalla başlayıblar. Sportline.az xəbər verir ki, paraatletlərimiz fərqləniblər.Uzunluğa tullanma yarışlarında Elçin Muradov 5,76 m nəticə ilə qızıl medal qazanıb. Ondan 54 sm geri qalan Zeyniddin Bilalov isə bürünə layiq görülüb. Gümüş medala isə indoneziyalı Abdul Dalimente sahib çıxıb – 5,28 m.