Millətlər Liqası: Xorvatiya finalda

Bu gün Millətlər Liqasında "Dördlər finalı"nın ilk yarımfinal oyunu keçirilib.

Sportline.az xəbər verir ki, Niderland Xorvatiya ilə üz-üzə gəlib. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Buna görə də matçda əlavə vaxt oynanılıb. Xorvatiya millisi əlavə vaxtda daha iki dəfə fərqlənib və 4:2 hesablı qələbə qazanaraq finala yüksəlib.

Yarımfinalın digər matçı iyunun 15-də İspaniya və İtaliya arasında olacaq.

Qeyd edək ki, final iyunun 18-də keçiriləcək.

Millətlər Liqası, "Dördlər finalı"

Yarımfinal

14 iyun

22:45. Niderland - Xorvatiya - 2:4

Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Rotterdam, "Feyenoord Stadionu"

15 iyun

22:45. İspaniya - İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

"De Qrolş Stadionu"