Millətlər Liqasında rəqiblərimiz müəyyənləşir

Futbol üzrə Azerbaycan millisinin UEFA Millətlər Liqasının 2024-2025 mövsümündəki rəqibləri bu gün bilinəcək.

Sportline.az xəbər verir ki, saat 21:00-da başlanacaq püşkatma mərasimi Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Püşkatmada Azərbaycan seçməsi C Liqasının 2-ci səbətində yer alacaq.

Millimiz həmin liqada 1-ci, 3-cü və 4-cü səbətdən gələn komandalar ilə eyni qrupda qərarlaşacaq.

UEFA Millətlər Liqası 2024-2025 mövsümü üçün liqalar və səbətlər:
A Liqası
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya
D Liqası
1-ci səbət: Litva/Cəbəllütariq, Moldova
2-ci səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn
 
Qeyd edək ki, Millətlər Liqasında 2024-2025 mövsümü senyabrın 7-sində keçiriləcək oyunlarla start götürəcək.