Millətlər Liqası: Daliç əsas itkini vurğuladı

Xorvatiya millisi bu gün Millətlər Liqasının yarımfinalında Niderlandla oyuna Yoşko Qvardiolsuz çıxacaq. 

Sportline.az xəbər verir ki, Xorvatiya seçməsinin baş məşqçisi Nikolo Daliç oyunqabağı açıqlamasında bu itkini xüsusi vurğulayıb: "Biz ən yaxşı müdafiəçimizin xidmətindən məhrumuq. O, dünya çempionatında əla oyunla yadda qalmışdı. Bu itki özünü büruzə verəcək. Amma, Modriç başda olmaqla komandanın böyük əksəriyyəti buradadır. Çətin olacaq. Bununla belə nikbinliyimizi itirmirik. Heç vaxt təslim olmuruq. Mükafatı qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, Niderland - Xorvatiya matçı bu gün Bakı vaxtı ilə 22:45-də başlanacaq.