"Yuventus"dan məşhur boksçuya hədiyyə

İtalyanın “Yuventus” klubunun məşhur idmançılara komandanın formalarını hədiyyə etmək ənənəsi var.

Sportline.az xəbər verir ki, bu dəfə sıra əfsanəvi boksçu Mayk Taysona çatıb.

"Dımir Mayk" turinlilərin hədiyyəsini sosial şəbəkədə nümayiş etdirib.

Xatırladaq ki, Taysonun ilk titulu 1986-cı ildə qazandığı WBC kəməri olub.

1987-1990-cı illərdə Ceyms Smit və Toni Takeri üzərində qələbələrdən sonra WBA və IBF kəmərlərinin də yiyələnib.