“Fənərbağça” Avroliqaya uğurlu başladı
Basketbol (THY) Avropa Liqasının ilk həftəsində “Fənərbağça Beko” öz meydanında Yunanıstanın “Olimpiakos” komandasına 82-71 hesabı ilə qalib gəlib.
Sportline.az xəbər verir ki, matçın ən məhsuldar basketbolçusu “Fənərbağça”nın oyunçusu Veyd Baldvin olub. O 19 xal, 3 ribaund və 6 asistlə oynayıb.
Qeyd edək ki, “Fənərbağça” ikinci turda Türkiyənin digər təmsilçisi “Anadolu Efes”in qonaqı olacaq. Matç oktyabr ayının 10-u saat 21:30 başlayacaq.