“Sərhədçi”nin basketbolçusu: "Neftçi”yə növbəti oyunda qalib gələcəyik"

Neftçi”yə növbəti oyunda qalib gələcəyik.

Sportline.az xəbər verir ki, bunu “Sərhədçi”nin basketbolçusu Antonio Uliyam klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Azərbaycan Basketbol Liqasının XIV turunda qarşılaşacaqları "Neftçi" ilə matça toxunub:

“Düşünürəm ki, hər şeyi tərsinə çevirə biləcəyik. Yaxşı komandayıq, hər şey lazımi anda düzələcək. Bəli, “Neftçi”yə növbəti oyunda qalib gələcəyik. Sonuncu dəfə onlara uduzmaq xoşuma gəlmədi və bunun əvəzini çıxmağa hazırıq".

28 yaşlı amerikalı oyunçu müdafiədə daha yaxşı çıxış etməli olduqlarını bildirib:

“Fikrimcə, komanda şəklində müdafiədə daha yaxşı oynamalıyıq. Keçirdiyimiz 3 matçın sonlarına yaxın çox asan topları səbətə göndərə bilməmişik. Bu mənim və ya başqasının yaxşı oynamasına bağlı deyil. Çünki komandamızda hər kəs hücumda yaxşı oyun keçirə bilər. Biz isə komanda şəklində yaxşı çıxış etməliyik. Müdafiədə də rəqibərin fiziki cəhətdən bizi üstələməsinə imkan verməməliyik".

Basketbolçu öz çıxışını da dəyərləndirib:

"Daha yaxşı oynadığımı hiss edirəm. Fikrimcə, hamımız hücumda daha yaxşı oynayırıq, topu daha çox bölüşürük. Komandaya yeni oyunçu gəldi. Kris Martin mənə də yaxşı oynamğa kömək etdi. Çünki olduğum yerlərə topu çox yaxşı çatdırır, rahatlıq yaradır”.

Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" görüşünə fevralın 6-da, saat 19:00-da "Sərhədçi" İdman Mərkəzində start veriləcək.