19-cu turun rəmzi komandası

Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası və futbolçusu məlumdur.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlili əsasında "11-liy"ə "Qarabağ" və "Sumqayıt"dan 4, "Qəbələ"dən 2, "Sabah"dan isə 1 futbolçu düşüb.

Həftənin oyunçusu adına isə "Qəbələ" klubunun yarımmüdafiəçisi Qismət Alıyev layiq görülüb.

Qapıçı: Saşa Stamenkoviç – 272 (“Sabah”) – 3

Müdafiəçilər: Qismət Alıyev – 324 (“Qəbələ”) – 3, Camaləddin Xocaniyazov – 273 (“Sumqayıt”), İviça Juniç – 271 (“Qəbələ”) – 3, Maksim Medvedev – 248 (“Qarabağ”) – 4

Yarımmüdafiəçilər: Abdullah Zubir – 262 (“Qarabağ”) – 6, Aleksey İsayev – 319 (“Sumqayıt”), Rəhim Sadıxov – 315 (“Sumqayıt”), Xayme Romero – 262 (“Qarabağ”) – 5

Hücumçular: Kvabene Ovusu – 251 (“Qarabağ”), Peyman Babayi – 239 (“Sumqayıt”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.