3 güləşçimiz finala çıxır
Bu gün 4 güləşçimiz medal görüşünə çıxacaq.
Sportline.az xəbər verir ki, onlardan 3-ü qızıl medal üçün mübarizə aparacaq. İkiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) finalda Adem Uzunla, Taleh Məmmədov (63 kq) Leri Abuladze (Gürcüstan) ilə, Sabah Şəriəti (130 kq) Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək.
İslam Abbasov (87 kq) isə bürünc medal uğrunda görüşdə Laşa Qobadzeylə (Gürcüstan) qarşılaşacaq.
Qeyd edək ki, medal görüşləri Bakı vaxtı ilə saat 20:00-dan sonra başlayacaq.