3 İspaniya nəhəngini çalışdırmış yeganə mütəxəssis vəfat etdi

İspaniyanın "Real Madrid", "Atletiko" və "Barselona" futbol komandalarının sabiq baş məşqçisi Radomir Antiç vəfat edib. 

Sportline.az xəbər verir ki, serbiyalı mütəxəssis 71 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır. 

Qeyd edək ki, Radomir Antiç İspaniyanın 3 böyük komandasına müxtəlif vaxtlarda rəhbərlik etmiş yeganə mütəxəssisdir. Onun rəhbərliyi altında "Atletiko" 1995/1996 mövsümündə İspaniya çempionluğu və kubokunu qazanıb. Oyunçu karyerası ərzində isə Antiç Serbiyanın "Partizan", Türkiyənin "Fənərbağça" və İspaniyanın "Saraqosa" klublarında çıxış edib.