6 sarı, 1 qırmızı vərəqə və 1 penalti
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində keçirilən "Şalke" - "Nitsa" matçında əsas söz sahibi həmyerlimiz Əliyar Ağayev olub. SportLine.az xəbər verir ki, azərbaycanlı hakimlərin idarə etdiyi matç gərgin mübarizə ilə yadda qalıb. FİFA referimiz bu oyunda 6 sarı, 1 qırmızı vərəqə göstərib və bir dəfə də penalti təyin edib.
Qeyd edək ki, qarşılaşma "Şalke"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.