A seriyasının oyunları təxirə salındı

İtaliya A Seriyasının XXVI turunun həftəsonu keçirilməli olan 5 oyunu təxirə salınıb.

Sportline.az xəbər verir ki, "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" görüşləri koronavirus təhlükəsi ilə əlaqədar mayın 13-ə keçirilib.

Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.

Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınıb.