Abdullah Avcı millimizlə bağlı qərarını verdi
Abdullah Avcı AFFA-nın təklifini müsbət cavablandırmayıb.
Sportline.az xəbər verir ki, bu barədə ”Hürriyət” nəşri məlumat yayıb.
Məlumata görə, türkiyəli mütəxəssis seçmə komanda çalışdırmağı düşünmür.
O, karyerasını Tükriyənin böyük klublarında və ya ölkə xaricində davam etdirmək niyyətindədir. Xəbərdə millimizə digər əsas namizədlər Covanni De Byazi və Çezare Prandelli göstərilib.
Qeyd edək ki, Avcı mövsümə “Beşiktaş”da başlasa da, sonrada uğursuz nəticələrə görə istefaya yollanıb.