ABŞ-dən olan basketbolçu Türkiyə klubuna keçib
Türkiyə Basketbol Liqasında çıxış edən "Merkezefendi" klubu ABŞ-dən olan basketbolçu Şarif Kuperi heyətinə qatıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Kuper son olaraq Çinin "Liaoninq Flayinq" komandasında oynayıb.
Qeyd edək ki, gənc basketbolçu daha əvvəl NBA-da "Atlanta Houks"un formasını geyinib.