AFFA bölgə təmsilçisini cəzalandırdı
Futbol üzrə Bizon Azərbaycan Birinci Liqasında çıxış edən “Zaqatala” komandasına texniki məğlubiyyət verilib.
Sportline.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna bölgə təmsilçisinin 11-ci turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.
0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” 1200 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.