AFFA danışılmış oyunlarla bağlı 24 nəfəri cəzalandırdı
UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıdakı şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.
“Şahdağ” (Qusar)
- Kamran Ağakərimov
- İqrar Səmədov
- Tofiq Səfiyev
- Mahiddin Ağamov
- Faik Ağarəhimov
- Rafael Kübərov (İnzibatçı)
“Rəvan” (Bakı)
- Əkbər Əhmədov
- Fərid Ağayev
- Mirqasım Cabbarlı
- Elvin Əliyev
- Omid Masumi
- Fərid Quliyev
- Cəmşid Məhərrəmov
“Bakılı” (Bakı)
- Bəhram Bəhramzadə
- Xəzər Qəribov
“Göyəzən” (Qazax)
- Arzuman Vəliyev
- Orxan Əsgərov
- Tunar Şahtaxtinski
“Energetik” (Mingəçevir)
- Elvin Əlizadə
- Kamran Lalayev
- Orxan Əlibalayev
“Şərurspor” (Bakı)
- Mehdi Rəsulov
- Samir Musayev
Hakim
Anar Niyazov
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.