AFFA-nın baş katibi UEFA-nın iclasında
İsveçrənin Nyon şəhərində UEFA-nın İdarəetmə və Audit Komitəsinin iclası keçiriləcək. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sabah başlayacaq tədbir iki gün davam edəcək.
İclasda AFFA da təmsil olunacaq. Assosiasiyanın baş katibi, bu komitənin üzvü olan Elxan Məmmədov da yığıncaqda iştirak edəcək.