AFFA onunla danışıqları davam etdirir
AFFA, türkiyəli mütəxəssis Abdullah Avcı ilə danışıqları davam etdirir.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyənin “Futbol Sayfası” saytı məlumat yayıb.
Avcının Azərbaycan millisini çalışdırmaq ehtimalının tükənmədiyi bildirilir. Daha öncə Türkiyə mətbuatı 48 yaşlı mütəxəssisin təklifi qəbul etmədiyini yazsa da, danışıqların hələ də davam etdirildyi vurğulanıb.
Qeyd edək ki, onunla yanaşı, AFFA-nın italiyalı Çesare Prandelli və Canni De Byazi ilə də razılaşmağa çalışdığı bildirilir.