Ağayev "Sumqayıt"la vidalaşacaq

"Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayev mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmamağa qərar verib.

Sportline.az xəbər verir ki, israilli futbolçu daha iddialı klubda oynamaq üçün bu qərarı verib. "Gənclik şəhəri" təmsilçisi Avropa Liqasına vəsiqə qazansa, 28 yaşlı futbolçu fikrindən daşınmayacaq.

Azərbaycan milisinə cəlb edilməsi gözlənilən futbolçu "Neftçi" və "Qarabağ"dan təklif gözləyir.

2019-cu ildən "Sumqayıt"da çıxış edən Ağayev bu mövsüm 22 oyunda 5 qol vurub.