Akanjinin meneceri bu həftə İstanbula gələcək
"Qalatasaray" "Mançester Siti"nin isveçrəli stoperi Manuel Akanjini heyətinə qatmağa yaxındır.
Sportline.az xəbər verir ki, futbolçunun meneceri bu həftə İstanbula gələcək.
Bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, Akanji "Mançester Siti"dən ayrılmaq fikrində qətidir.