"Benfika"dan ayrıldı

“Benfika”dan ayrılan Brumanın karyerasını Yunanıstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu “Aris”ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Bruma ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bruma daha əvvəl də “Aris”in formasını geyinib.