Elçin Məsiyev səhv qərar verib
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 5-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Sportline.az xəbər verir ki, o, "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşlərindəki məqamları dəyərləndirib.
R.Həsənov "Turan Tovuz"un qapısına 86-cı dəqiqədə təyin edilən və qolla nəticələnən penalti epizodu zamanı baş hakim Elçin Məsiyevin səhvə yol verdiyini etiraf edib. Referinin VAR-a baxdıqda sonra penalti qərarını ləğv etməli olduğu bildirilib.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik: