"Mançester Siti" qərar verdi

"Mançester Siti" əlcəzayirli sol cinah müdafiəçisi Rayan Ait-Nuri ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, "şəhərlilər" 25 yaşlı oyunçunu satmaq niyyətində deyil.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Ait-Nurinin dəyəri 40 milyon avrodur.