Viktor Stina Moldova millisinə çağırılıb
“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə çağırılıb.
Sportline.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Stina Millətlər Liqasında Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr), Qazaxıstan (2 oktyabr) yığmaları ilə oyunlar üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, Stina bu yay “Kəpəz”ə transfer olunub. 28 yaşlı futbolçu Misli Premyer Liqasında 4 matçda 2 qol vurub. Moldova millisində isə 30 oyun keçirən yarımmüdafiəçinin aktivində 4 qol var.