"Liverpul"dan "Seltik"ə
"Liverpul"un sol cinah müdafiəçisi Luk Çembers karyerasını "Seltik"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
22 yaşlı oyunçunun Mersisayd təmsilçisi ilə sözləşməsi 2027-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, L.Çembersin dəyəri 1 milyon avrodur.