"Mançester Yunayted" və "Arsenal" transfer yarışına girib

"Ştutqart"ın futbolçusu Finn Yelts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" 20 yaşlı stopperi transfer etmək üçün hərəkətə keçib.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, F.Yeltsin dəyəri 35 milyon avrodur.