"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
“Sabahın Ulduzları” Bakı kuboku uğrunda yarışda U-15 yaş qrupunda 11-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, turun son oyun günündə 3 matç keçirilib.
“Rekord” – “Neftçi” - 1:3
Qollar: Ayaz Kəlbəliyev, 4 – Sultan Orucov, 18, İlham Qubadov, 41, 56
Baş hakim: Sənan Bayramzadə
“Qarabağ” – “Sumqayıt” - 5:0
Qollar: Raul Hüseynli, 16, 33, 49, Altay Haqverdiyev, 48, Məhəmməd Bağırov, 64
Baş hakim: Rasim Musayev
“Zəngəzur” – “Ulduz” - 0:5
Qollar: Fuad Yolçiyev, 1, Ramin Əhmədli, 20, Rəsul Qurbanlı, 36, 70, Cəbrayıl Əkbərov, 37
Baş hakim: Mahmud Bağırzadə
