"Qalatasaray" gələn yay "Real Madrid"ə yeni təklif göndərəcək
"Qalatasaray" Eduardo Kamavinqa üçün "Real Madrid"ə gələn ilin yayında yeni təklif göndərəcək.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Kamavinqanın "los blankos"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.