"İnter" futbolçusuna yeni müqavilə təklif edəcək

"İnter" sol cinah müdafiəçisi Federiko Dimarko ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, "nerazzuri" italiyalı futbolçunu satmaq niyyətində deyil.

"La Gazzetta dello Sport"un yaydığı məlumata görə, İtaliya klubu 28 yaşlı oyunçuya yeni sözləşmə təklif edəcək.

Qeyd edək ki, F.Dimarko ilə "Barselona" yaxından maraqlanır.