Brozoviç Qətər klubuna keçir
Xorvatiya millisinin sabiq üzvü Marselo Brozoviç karyerasını Qətər çempionatında davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı futbolç “Əl-Sədd”lə razılıq əldə edib. Onunla 1+1 illik müqavilə imzalanacaq.
Hazırda azad agent statusunda olan yarımmüdafiəçinin son klubu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası olub.
Xorvatiyalı futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 29 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.