Luyis Hollun adı Mançester klubu ilə hallanır

"Nyukasl"ın sol cinah müdafiəçisi Luyis Holl karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

22 yaşlı oyunçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, L.Holl bu mövsüm meydana çıxdığı 5 matçda 2 asistlə yadda qalıb.