AL-in finalı və Superkubok oyunlarının məkanları

UEFA 2022-ci ildəki Avropa Liqası, 2022 və 2023-cü illərdəki UEFA Superkubokunun məkanını açıqlayıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, Avroliqanın final oyunu 2022-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərindəki "Puşkaş Arena"da keçiriləcək.

UEFA Super Kuboku 2022-ci ildə Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə Rusiyanın Kazan şəhərindəki "Kazan Arena"da təşkil ediləcək.