AL və ÇL ilə bağlı vacib qərar

UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verib.

Sportline.az “Marca”ya istinadən xəbər verir ki, qitə futbol qurumu avrokubokları iyunun sonuna qədər bitirmək niyyətindədir.  

UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında qərara alınıb ki, Avropa Liqasının final qarşılaşması iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə 27-də keçirilsin.

Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını gələn ilə təxirə salıb.