Almaniya Bundesliqası başlanır

Koronavirusa görə yarımçıq qalan Almaniya Bundesliqasının bərpası ilə bağlı yeni variant müzakirə olunur.

Sportline.az xəbər verir ki, çempionatın mayın 2-də deyil, 9-da yenidən başlanacağı gözlənilir.

İddiaya görə, oyunların demək olar ki, azarkeşsiz keçirilməsi gündəmdədir. Oyun vaxtı stadiona cəmi 126 nəfər buraxılacaq ki, bunlar da texniki və tibbi personal, 4 topdaşıyan yeniyetmə, təhlükəsizlik xidmətinin əməkdaşları, klubların nümayəndələri və 30 jurnalist olacaq.

Məlumatda II Bundesliqanın mayın 16-da bərpa oluna biləcəyi də vurğulanıb.

Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları martın 13-də dayandırılıb.