Almaniya millisi rekorda imza atıb

Almaniya millisi pərəstişkarlarını daha bir uğurla sevindirib.

Sportline.az xəbər verir ki, bu gün Macarıstan üzərində qələbə çalan Bundestim bununla yalnız pley-offa vəsiqə qazanmayıb.

Yulian Naqelsmanın komandası eyni zamanda Avropa çempionatlarının qrup mərhələsində vurduğu 7 qolla rekorda da imza atıb.

Bu haqda BBC məlumat yayıb.

Xatırladaq ki, bu gün Macarıstan kollektivini iki qolla cəzalandıran Almaniya futbolçuları ilk turda Şotlandiya seçməsinin qapısından 5 top keçirmişdilər.