Almaniya seçməsi Azərbaycanla görüş ərəfəsində cəzalandırıldı

FİFA Almaniya Futbol İttifaqının (AFİ) cərimələnməsi ilə bağlı qərar qəbul edib. SportLine.az "Bild" nəşrinə istinadən xəbər verir ki, buna DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçirilən Çexiya ilə görüşdə "Bundestim" fanatlarının nasist şüarlar səsləndirməsi səbəb olub.

Qərara əsasən, AFİ 32 min İsveçrə Frankı ödəyəcək.

Qeyd edək ki, Almaniya seçməsi oktyabrın 8-də Azərbaycan millisini qəbul edəcək.