"Qarabağ" yeni transferi açıqladı
"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı Dieqo Rosanı transfer edib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
23 yaşlı dayaq yarımmüdafiəçisi Kiprin APOEL klubundan bir mövsümlük icarəyə götürülüb.
O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 35 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Rosa bu yay “Qarabağ” heyətə qatdığı 11-ci futbolçudur.