Almeyda qələbədə pay sahibi oldu

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi  "Bani Yas" klubu Birləşmiş Ərəb Əmirlikləri liqasının 19-cu turunda "Əl-İttihad Kalba"nı qəbul edib.

Sportline.az xəbər verir ki, qarşılaşma "Bani Yas"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Almeyda start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 52-ci dəqiqədə penaltidən komandasının bərabərlik qolunu vurub.

“Bani Yas” 23 xalla turnir cədvəlində 9-cudur.