Almeydanın komandası məğlub oldu

Millimizin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu "Baniyas" klubu Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, komanda 17-ci turda doğma meydanda "Şabab Al-Ahli" ilə qarşılaşıb və 0:1 hesabl ilə uduzub. Almeyda start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, hazırda  20 xalı olan "Baniyas" 9-cu pillədə qərarlaşıb.