"Anadolu Efes" 2-ci oyundan da qalib ayrılıb
Türkiyə Basketbol Liqasında yarımfinal həyəcanı davam edir.
Sportline.az xəbər verir ki, "Anadolu Efes" seriyanın ikinci oyununda "Karşıyaka"nı qəbul edib.
Görüş İstanbul təmsilçisinin 82-68 hesablı qələbəsi ilə yekunlaşıb və seriyada ümumi hesab 2-0 olub.
Matçın ən məhsuldar basketbolçusu 24 xal, 6 ribaund, 3 asistlə Erik Mekkolum olub.
Qeyd edək ki, tərəflər arasındakı 3-cü qarşılaşma iyunun 2-də İzmirdə olacaq.