"Anadolu Efes" transferdə sona yaxınlaşır
Türkiyə Super Liqasında müntəzəm mövsümü çempion tamamlayan "Anadolu Efes" heyətini yeni basketbolçu ilə gücləndirəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstanbul klubu "Zalqiris Kaunas"da çıxış 29 yaşlı basketbolçu Rolands Smitsin transferində sona yaxınlaşıb.
Mənbənin xəbərinə görə "Anadolu Efes" latviyalı hücumçu ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Rolands Smist bu mövsüm "Zalgiris"lə Avroliqada 10.5 xal, 4.3 ribaund və 1.2 asist ortalaması ilə çıxış edib.