Ançelotti: “Mbappeyə vaxt vermək lazımdır”

“Real Madrid”in italiyalı çalışdırıcısı Karlo Ançelotti “Atletik Bilbao” matçı sonrası mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis müsahibəsində bu fikirləri səsləndirib;

“Ağır matç oldu bizim üçün. İstədiyimiz futbolu ortaya qoya bilmədik. Mbappe vaxt vermək lazımdır. Sadəcə onun vaxta ehtiyacı var. Öz formunu yenidən qazanmaq üçün çox çalışmalıdır”, - deyə Ançelotti bildirib.