Ansi Aqollidən "Qarabağ" paylaşımı

“Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli bu gün İnstaqram səhifəsindəki paylaşımında keçmiş komandasına növbəti dəfə sadiqliyini nümayiş etdirib.

Sportline.az xəbər verir ki, alban müdafiəçi Ağdam klubundan getməsinin 1 illiyi münasibəti ilə Azərbaycan dilində yazıb:

“Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.

Qeyd edək ki, Ansi bu mesajı hazırda karyerasını davam etdirdiyi ABŞ-dan yazsa da, paylaşım yeri kimi Ağdam şəhərini qeyd edib.

Xatırladaq ki, Aqollinin “Qarabağ”da son oyunu bir il əvvl Premyer Liqada “Səbail”ə qarşı səfər matçında olub.