Araz Abdullayev növbəti oyuna çıxıb

Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi “Boluspor” evdə “Samsunspor”a 0:2 hesabı ilə uduzub.

Araz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Boluspor” 38 xalla 18 komanda arasında 12-cidir.