"Araz-Naxçıvan" baş məşqçi ilə bağlı qərar verdi

“Araz Naxçıvan” rəhbərliyi Elmar Baxşıyevlə yolları ayırıb.

Sportline.az sportinfo.az-a istinadla xəbər verir ki, bu qərar klubun bugünkü iclasında qəbul olunub.

Mövsümün birinci yarısında göstərilən nəticələr ürəkaçan olmadığı üçün təcrübəli mütəxəssislə müqaviləyə xitam verilib.

Baxşıyevin Naxçıvan təmsilçisi ilə anlaşması yaya qədər idi.

Xatırladaq ki, ölkə kubokunda “Kəpəz”ə məğlub olaraq 1/8 final mərhələsində mübarizəni dayandıran “Araz Naxçıvan” Premyer Liqada isə 16 turdan sonra 26 xalla 6-cı pillədə yer alır.