"Araz-Naxçıvan" "Kəpəz"ə, "Sumqayıt" "İmişli"yə qarşı

Misli Premyer Liqasında XIV turun növbəti iki oyunu bu gün keçiriləcək.

Sportline.az xəbər verir ki, matçlardan biri Bakıda, digəri Sumqayıtda baş tutacaq.

Günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sumqayıt" "İmişli"ni qəbul edəcək. Bu oyun saat 19:30-da başlanacaq. Meydan sahibləri 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.

Misli Premyer Liqası

II dövrə, XIV tur

9 dekabr

17:00. "Araz-Naxçıvan" – "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Liv Bona Dea Arena"

19:30. "Sumqayıt" – "İmişli"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.